Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdar edir.
Kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər. Göndərilən SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri tələb olunur.
Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu vətəndaşlar alınan hər mesaja şübhə ilə yanaşmalı, məktublardakı linklərə keçid etməməli, bank və digər məlumatlarını qeyd etməməlidirlər.