Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir
İnsan beyni yüksək hesablama gücünə sahibdir. Alimlər güman edirlər ki, insan beyni saniyədə 100 milyard əməliyyatın yerinə yetirilməsi sürətinə sahibdir. Avstraliya Beynəlxalq Neyromorf Sistemləri Mərkəzi tərəfindən yaradılmış Deep South adlı superkompüter artıq bu ay ərzində işə salına bilər. Bu superkompüter öz növbəsində saniyədə 228 trilyon əməliyyatın yerinə yetirilməsi sürətinə sahibdir. Bu isə o deməkdir ki, Deep South adlı superkompüter insan beynini 2000 dəfə üstələyir.
Verilmiş məlumata əsasən sözügedən superkompüter təkcə insan beynini deyil, bütün insan bədənini imitasiya edə bilir. Ənənəvi elektronikadan fərqli olaraq Deep South özündə məlumatların saxlanması imkanı ilə iş prosesini birləşdirir. Bununla da o, insan beyni effektivliyini əks etdirir. İnsan beyninin mükəmməlliyi bir-biri ilə qarşılıqlı əlaqədə olan milyardlarla sinir hüceyrələrindədir. Onlar az enerji sərfiyyatı ilə trilyonlarla qarşılıqlı əlaqəni təmin edirlər. Lakin Deep South daha böyük həcmdə enerjini tələb edir. Buna baxmayaraq onun təməlində duran texnologiya diqqəti cəlb edir.