Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə "Sosial tədbirlər” layihəsi çərçivəsində 17 May 2024-cü il tarixdə növbəti vebinar baş tutub. Nazirliyin əməkdaşı Nuray Quliyeva "Data dünyamızı dəyişir" mövzusunda təqdimatla çıxış edib. Müasir dünyada data analizi, datanın toplanması, işlənməsi, ətraf mühitə təsiri, məxfilik və məlumat təhlükəsizliyi haqqında ətraflı məlumat verilib.
Vebinar sual-cavab şəklində davam edib.
#RINN #MDDT #data