Koreya Elm və Texnologiya İnstitutunun mütəxəssisləri DarkBERT adlı süni zəka modelini yaradıblar. Sözügedən süni zəka modeli darknetdə qiymətli elmi məlumatların axtarılması üçün nəzərdə tutulub. Neyron şəbəkəsi bunun üçün xüsusi filtrlərə sahibdir və həmin filtrlər istifadəçiləri arzuolunmaz məlumatlardan qorumaq üçün nəzərdə tutulub. DarkBERT neyron şəbəkəsi 2019-cu ildə hazırlanmış RoBERTa adlı arxitekturaya əsaslanır.
Mütəxəssislər aşkar ediblər ki, sözügedən arxitektura daha öncə düşünüldüyündən daha yüksək performansa sahib ola bilər. Süni zəka modelini təlimatlandırmaq üçün mütəxəssislər Tor brauzeri vasitəsilə darkneti skan ediblər və daha sonra emal edilməmiş məlumatları filtrdən keçirdiblər. Bu üsul ilıə mütəxəssislər süni zəka modelinin təlimatlandırılması üçün lazım olan məlumatlar bazasının yaradılmasına nail olmaq istəyiblər. Nəticədə DarkBERT adlı neyron şəbəkəsi ərsəyə gəlib. Sözügedən neyron şəbəkəsi darknetdəki kontentlərin fraqmentlərini analiz edə və onlardan faydalı məlumatları əldə edə bilir.