"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Danimarkadan və İsveçdən olan alimlər dünyada ilk dəfə rəqəmsal məlumatların ötürülməs

Chrome tərtibatçıları brauzerə yeni funksiyalar əlavə etməklə onu təkmilləşdirməyə davam edirlər. Bu dəfə brauzer aktiv olmayan qovluqların dayandırılması və sistem resurslarının digər tətbiqlər üçün azad edilməsi funksiyalarını əldə edib. Reddit istifadəçilərindən biri Chrome Canary-nin son versiyasındakı ayarlarında “Performance” (chrome://settings/performance) adlı yeni bölmə aşkar edib. Sözügedən bölmədə yaddaşa və enerji sərfiyyatına qənaət rejimləri mövcuddur. Yaddaşa qənaət rejimi istifadəçi tərəfindən müəyyən müddət ərzində istifadə edilməyən qovluqları qeyri-aktiv vəziyyətə salaraq RAM yaddaşını azad edir.

Sözügedən funksiya aktiv olduğu halda URL bəndində spidometr şəklində ikon əks olunacaq. Təqdim edilmiş fotolara əsasən belə qənaətə gəlmək olar ki, qeyri-aktiv vəziyyətdə olan qovluqların yenidən aktivləşdirilməsi üçün sadəcə olaraq onlara daxil olmaq lazım gələcək. Bununla yanaşı yaddaşa qənaət funksiyasının aktivləşdirilməsi zamanı istifadəçi hansı həcmdə RAM yaddaşının qanaət edildiyi barəsində məlumat da əldə edəcək. Həmçinin istifadəçi öz istəyinə uyğun olaraq müəyyən qovluqları istisna edə biləcək və həmin qovluqlar yaddaşa qənaət rejimi çərçivəsində qeyri-aktiv vəziyyətə düşməyəcəklər.