"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Culfa rayonunun Yaycı kəndində sakinlərin rabitə xidmətlərinə olan tələbatı ödənilir

Culfa rayonunun Yaycı kəndində sakinlərin sabit şəbəkə telefonlarına olan tələbatını nəzərə alaraq yeni telefon çəkilişlərini həyata keçirmək məqsədilə yeni kabellər çəkilir, avtomat telefon stansiyaların montaj tutumu artırılır. Bir sıra yerlərdə istismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilir. Yeni çəkilmiş kabellərin montaj tutumunun artırılması üçün paylayıcı şkaflarda da zəruri texniki tədbirlər görülür. Ümumilikdə, 1700 metr məsafədə müxtəliftutumlu kabellər çəkilir, 20 ədəd yeni dəmir rabitə dirəyi basdırılır, 5 ədəd abonent qutusu quraşdırılır. Həmçinin, paylayıcı şkaflarda mövcud olan istismara yararsız abonent naqilləri də yenilənir.

Qeyd edək ki, kənddə 1472 nömrə tutumuna malik 3 ədəd NGN tipli müasir Avtomat Telefon Stansiyası sakinlərin rabitə və internet xidmətlərinə olan tələbatını ödəyir. Hazırda, kənddə 1087 sabit şəbəkə telefon və 700-ə yaxın genişzolaqlı internet istifadəçisi vardır.

Bunlarla yanaşı, fiber-optik şəbəkənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Culfa Rayon Baytarlıq Şöbəsi üçün yeni inşa olunan inzibati binaya müxtəliftutumlu kabellər və 1400 metrə yaxın məsafədə fiber-optik xətt çəkilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.