Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 31 yanvar 2024-cü il tarixdə Culfa rayonunda vətəndaşları qəbul edib.
Qəbul zamanı rayonda əhaliyə göstərilən rabitə, internet, poçt və nəqliyyat sahəsində sakinləri maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılıb. Müraciətlərin həlli istiqamətində müvafiq işlər görülüb. Qəbul zamanı bir sıra vətəndaş göstərilən rabitə xidmətləri ilə bağlı razılıqlarını da ifadə ediblər.