"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Çində dünyanın ilk süni intellekt xəstəxanası açılıb!

 Çində açılan dünyanın ilk süni intellekt xəstəxanası, tamamilə süni intellekt həkimləri tərəfindən idarə olunur və gündəlik 3 min xəstəyə xidmət göstərir.

     Pekindəki Tsinghua Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış bu xəstəxana "Agent Hospital" olaraq adlanır. Xəstəxana 6 aylıq intensiv tədqiqat və inkişafdan sonra istifadəyə hazır hala gəlib. Tədqiqat qrupunun rəhbəri Liu Yang, bu süni intellekt xəstəxanasının həm səhiyyə işçiləri, həm də geniş ictimaiyyət üçün böyük faydalar təmin edəcəyini bildirir. Liu-nun sözlərinə görə, süni intellekt həkimləri sayəsində səhiyyə daha sürətli, effektiv və əlçatan olacaq. Bəs bu süni intellektli həkimlər nə edə bilər? Belə ki, bu həkimlər ABŞ Tibbi Lisenziyalaşdırma İmtahanı suallarına əsaslanan MedQA verilənlər bazasında sınaqda 93.06% müvəffəqiyyət dərəcəsi əldə ediblər. Deməli, onlar əsl həkimlərdən demək olar ki, fərqlənmirlər.
Başda tənəffüs xəstəlikləri olmaqla bir çox xəstəliyin diaqnoz və müalicəsini simulyasiya edə bilən bu süni intellektli həkimlər, bütün konsultasiya, müayinə, diaqnostika, müalicə və təqib proseslərini öz üzərinə götürə bilirlər. Onlar həmçinin bilikləri bölüşmək və rolları genişləndirmək bacarığı ilə tibb tələbələri üçün böyük bir təhsil fürsəti təqdim edirlər. Bu xəstəxana tibb fakültəsi tələbələri üçün də gözəl imkanlar təqdim edir. Gerçək xəstələrə zərər vermək qorxusu olmadan müalicə planlarını tövsiyə etmək bacarığı tələbələrə praktika etməyə və təcrübə qazanmağa imkan verəcək. Liu Yang-ın sözlərinə görə, bu yolla “yüksək ixtisaslı həkimlər” yetişəcək. Bundan əlavə, süni intellektli həkimlər sayəsində onlayn teletibb xidmətləri təklif ediləcək və bu həkimlər minlərlə, hətta milyonlarla müraciətə baxa biləcəklər. Süni intellekt texnologiyası həm də əhali üçün yüksək keyfiyyətli, sərfəli və əlçatan səhiyyə xidmətləri göstərməyi hədəfləyir.