"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Çin süni intellektə malik ilk humanoid robot hazırlayır

Çinin “Fourier Intelligence” şirkəti iyulun sonunda Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında “GR-1” humanoid robotunu təqdim edib.

“Soutern China Morning Post” qəzeti məlumat yayıb.

Şirkət robotun kütləvi istehsalına 2023-cü ilin sonuna qədər başlamağı planlaşdırır.

“GR-1” humanoid robotu iki ayaq üzərində 5 km/saat sürətlə hərəkət etmək və 50 kq-a qədər yük daşımaq qabiliyyətinə malikdir. 2019-cu ildən bəri inkişaf mərhələsindədir. 2022-ci ildə tərtibatçılar robotu iki ayağının üstünə qoyub yeriyə biliblər.

“Biz onu ilk dəfə ayaq üstə dayandığını və təkbaşına yeridiyini görəndə bu, bütün mühəndislərimiz üçün böyük ilham oldu. Yeni doğulmuş körpəni böyütmək kimi idi”- “Fourier” şirkətinin təsisçisi və baş direktoru Aleks Qu bildirib.

Onun sözlərinə görə, robotlardan qocalara qulluq, təhsil məqsədləri və qonaqları qəbul etmək üçün istifadə etmək olar.