Çin bu dəfə kosmosdakı peylərində oxşarını yaradır. Belə ki, Starlink oxşarı peyk internet şəbəkəsi hazırlayır və artıq kosmosa müxtəlif peyklər göndərməyə başlayıb. Qeyd edək ki, Çin artıq Changzheng-2D raketini noyabrın 23-də saat 12-də Çinin cənub-qərbindəki Sichang kosmik mərkəzindən havaya buraxıb. Həmçinin Bu ilin əvvəlində Çinin Guowang qlobal peyk internet layihəsinin tamamlanmaq üzrə olduğu bildirilmişdi. Bu layihə çərçivəsində kosmosa Starlink oxşarı 13 min rabitə peykinin göndərilməsi də nəzərdə tutulur.
Hazırda Çin elektrikli avtomobil sahəsində liderlik edir. Məhz Çin tərəfindən indi Starlink oxşarı peyk internet şəbəkəsinin yaradılması arzusu bu sahədə çinin Starlinki belə ötə biləcəyi ehtimalını ağıllara gətirir. Müqayisə üçün qeyd edək ki, SpaceX Starlink şəbəkəsinin 5000-ə yaxın peykini LEO-da yerləşdirib. Hətta şirkət bu sayı 40 minə qədər artırmaq niyyətindədir. Çinin Guowang şəbəkəsi təkcə ölkəni əhatə etməyəcək, həm də bütün dünyada rabitə xidmətləri, 5G, və digər şeylər təqdim etməklə qlobal əhatə dairəsini təmin etməli olacaq.
Çinin indi gündəmə gələn Guowang layihəsi 2017-ci ilin avqustunda 10 Gbit/san-ə qədər ötürmə qabiliyyətinə malik 156 peyk ilə Kasich aerokosmik şirkəti tərəfindən inkişaf etdirilməyə başlamışdı. Lakin indi Çin bu layihəyə önəm verir. Hətta bu layihə çərçivəsində müxtəlif aerokosmik şirkətlər də birləşəcək. Çin bu məqsədlə yeni Satellite Network Group adlı şirkət də yaradıb. Hal-hazırda prototip peyklərin kosmosa buraxılması davam edir. Hazırda isə Çin tərəfindən kosmosa buraxılan bu peyklərin texniki imkanları və layihənin hansı mərhələdə olduğu ilə bağlı məlumatlar sirr kimi saxlanılır.