"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Chrome brauzerinin Android versiyası yeni təhlükəsizlik funksiyasını əldə etməyə hazırlaşır

Google Chrome brauzerinin Android üçün olan test versiyasında yeni təhlükəsizlik funksiyası istifadəyə verilib. İstifadəyə verilmiş təhlükəsizlik funksiyası daha öncə bu brauzerin desktop versiyasına inteqrasiya olunmuşdu. Söhbət, Safety Check funksiyasından gedir. Bu funksiya istifadəçinin rəqəmsal təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə hədəflənib. Məlumatda qeyd edilib ki, Safety Check funksiyasının aktivləşdirilməsindən sonra brauzer fon rejimində təhlükəsizliklə bağlı parametrlərə nəzarət edəcək və ola biləcək təhlükələr barəsində istifadəçini məlumatlandıracaq. Bu funksiya fon rejimində aşağıdakı parametrlərə nəzarət edəcək.
- Smartfona brauzerin son versiyasının quraşdırılıb-quraşdırılmaması
- İstifadəçi tərəfindən təyin edilən icazələr və tətbiqin bildiriş ayarları ilə hər şeyin qaydasında olub-olmaması
- Brauzer daxilində təhlükəsiz baxış funksiyasının aktiv olub-olmaması
- İstifadəçi tərəfindən istifadə edilən şifrələrdən hansınınsa oğurlanıb-oğurlanmaması.
Bu parametrlər üzrə bütün məlumatlar Safety Check menyusunda əks olunacaqlar. Safety Check funksiyasının mobil Chrome brauzerinin stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.