"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Chrome brauzerinə süni zəka əsaslı yeni təhlükəsizlik funksiyası əlavə edilib

Google Chrome brauzerinin tərtibatçı komandası brauzerə real zaman rejimində zərərli saytlar, yükləmələr və genişlənmələrdən (extensions) qorunmaq üçün süni zəka əsaslı "Enhanced Protection" (Gücləndirilmiş Mühafizə) funksiyasını inteqrasiya edib. Bu funksiya Safe Browsing sisteminin bir hissəsidir və 3 aylıq Canary test mərhələsindən sonra Chrome-un bütün platformalardakı versiyalarında əlçatan olub. Lakin bu funksiyadan aktiv istifadə zamanı ziyarət edilən saytlarla bağlı məlumatlar Google-a ötürülür.
Əvvəllər bu funksiya "Proactive Protection" adlanırdı, lakin yeni adlandırma süni zəkanın brauzerin təhlükəsizlik sisteminə inteqrasiyasını vurğulayır. Hazırda süni zəka ilə inteqrasiya edilmiş yeni funksiyanın əvvəlki süni zəkasız versiyadan nə ilə fərqləndiyi tam aydın deyil. Buna baxmayaraq, Google-un machine learning alqoritmlərindən istifadə edərək real vaxt rejimində istifadəçi davranış modellərini analiz etməsi və beləliklə, əvvəlcədən qeydə alınmamış potensial təhlükəli saytlar barədə xəbərdarlıq etməsi ehtimal olunur.
Google-un bəyanatına görə, süni zəka ilə təchiz edilmiş təhlükəsizlik sistemi yüklənən faylları daha dərindən skan edir. Bu, şübhəli yükləmələri vaxtında aşkar etməyə və brauzerin təhlükəsizlik sisteminin dəqiqliyini və effektivliyini artırmağa imkan verir. Süni zəka əsaslı gücləndirilmiş mühafizə funksiyası standart olaraq deaktivdir, lakin istifadəçilər onu növbəti addımlarla aktivləşdirə bilərlər: "Settings → Privacy and security → Security" bölməsinə keçid edərək Google Chrome-un Windows, Android və iOS versiyalarında bu funksiyanı aktivləşdirmək mümkündür.