"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ChatGPT-yə axtarış düyməsi əlavə edilib!

OpenAI, ChatGPT üçün yeni axtarış funksiyasını istifadəyə verib. Bununla, istifadəçilər keçmiş söhbətlərini açar sözlərlə axtara biləcəklər. Şirkət, bu alətlə istifadəçilərin əvvəlki dialoqlardan faydalı məlumatlara daha asan çatmalarını təmin etməyi planladığını bildirir. Axtarış funksiyası hal-hazırda OpenAI-ın Plus və Team planı abunəçiləri üçün əlçatandır. Pulsuz və təhsil istifadəçiləri isə gələn aydan etibarən bu funksiyaya giriş əldə edəcəklər. Axtarış aparıldıqda süni zəka istifadəçinin söhbət tarixçəsini yoxlayır və daxil edilmiş sözlərlə uyğunlaşan dialoqları siyahıya alır. Nəticələrə klik edildikdə isə müvafiq söhbət açılır.