"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ChatGPT və ona bənzər süni zəka modelləri ekologiyaya ciddi zərər vura bilərlər

Kaliforniya Universitetinin alimləri tərəfindən aparılmış tədqiqat onu göstərib ki, müxtəlif süni zəka modellərinin istifadəsi planetin ekologiyasına ciddi zərər vura bilər. Alimlər təyin ediblər ki, ChatGPT və ona bənzər digər süni zəka modellərinin 10-50 ədəd sorğunu emal etmələri zamanı serverlərin soyudulması üçün 2 litr su lazımdır. Daha öncə isə güman olunurdu ki, bu proses çərçivəsində serverlərin soyudulmasına yarım litr su kifayət edəcək. Microsoft öz növbəsində etiraf edib ki, təchizatın soyudulması üçün daha çox həcmdə su lazımdır.
2023-cü və artıq yavaş-yavaş sona yaxınlaşan 2024-cü il ərzində Microsoft-un istifadə etdiyi su həcmi 22.5%, Google və Meta şirkətlərinin istifadə etdikləri su həcmi isə 17% yüksəlib. Bu statistik məlumatlar yalnız ABŞ regionunu əhatə etsələr də, problem digər ölkələrdəki süni zəka modellərinə də yayılır. Bu problemin həlli hələ məlum deyil. Lakin başa düşmək lazımdır ki, süni zəkadan istifadə hələ ilkin mərhələdədir və ondan istifadə tempi getdikcə artacaq. Süni zəka modellərinin çalışmalarına imkan verən serverlərin soyudulması probleminin həll olmayacağı təqdirdə planeti ciddi ekoloji nəticələr gözləyə bilər.