Keçən həftə OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun Android üçün nəzərdə tutulmuş tətbiqini bəzi ölkələrdə istifadəyə vermişdi. İndi isə şirkət rəsmi olaraq bildirib ki, tətbiq əlavə 160 ölkədə istifadəyə verilib. Çat-botun Android üçün olan tətbiqinin istifadəyə verildiyi ölkələr arasında Azərbaycan, Türkiyə, Ukrayna, Çexiya, Xorvatiya, Almaniya, Gürcüstan və s. ölkələr var. Çat-botun Android üçün olan tətbiqini Google Play Market-dən yükləmək olar.
Qeyd etmək lazımdır ki, tətbiqin iOS versiyasında olduğu Android versiyasında da istifadəçilər ChatGPT-nin pulsuz versiyasından (GPT-3.5) və pullu versiyası olan ChatGPT Plus-dan (GPT-4.0) istifadə edə bilərlər. OpenAI həmçinin tətbiq daxilində çat-bota sorğuların səs vasitəsilə göndərilməsi imkanını da reallaşdırıb. Bu, şirkətin Whisper adlı səs tanıma sistemi vasitəsilə reallaşdırılır. Qeyd etmək lazımdır ki, ChatGPT tətbiqinin Android versiyasından istifadə etmək üçün smartfon Android 6.0 və ya ondan sonra istifadəyə verilmiş Android versiyalarından birinə sahib olmalıdır.