"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ChatGPT sorğuları foto və nitq vasitəsilə qəbul etməyi öyrənib

OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botu ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirib. Belə ki, çat-botun yeni versiyası sorğuları artıq təkcə mətn vasitəsilə deyil, həmçinin foto və səsli əmrlər vasitəsilə də qəbul edə bilir. Bu yeni imkanlar ChatGPT-nin ödənişli və korporativ versiyalarının istifadəçiləri üçün yaxın iki həftə ərzində istifadəyə veriləcək. Digər istifadəçilər isə bir qədər gözləməli olacaqlar. ChatGPT ilə səs vasitəsilə ünsiyyət digər səsli köməkçilər ilə ünsiyyəti xatırladır.

    Lakin OpenAI şirkətinin sözlərinə əsasən bu cür ünsiyyət çərçivəsində çat-bot tərəfindən təqdim edilən cavabların keyfiyyətləri yaxşılaşdırılmış baza texnologiyası sayəsində daha yüksək olurlar. İstifadəçi çat-botla dialoq pəncərəsindəki xüsusi döyməyə klikləyərək sorğusunu nitq vasitəsilə təqdim edir. ChatGPT isə öz növbəsində səsli sorğunu mətn formatına çevirir və onu böyük dil modelinə ötürür. Daha sonra çat-bot ondan cavabı əldə edərək onu nitqə çevirir və istifadəçiyə səsləndirir.