ChatGPT-nin mobil tətbiqinin dövriyyəsi yeni rekorda imza atıb
OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botu təkcə veb versiya şəklində deyil, həmçinin Android və iOS üçün nəzərdə tutulmuş mobil tətbiq şəklində də fəaliyyət göstərir. İndi isə məlum olub ki, ChatGPT-nin mobil tətbiqi hər iki platformada sentyabr ayı üzrə 15.6 milyon dəfə yüklənib. Mobil tətbiqin ümumi dövriyyəsi isə 4.58 milyon dollara yüksəlib. Lakin digər tərəfdən analitiklər OpenAI şirkətinin ChatGPT üzərindən əldə etdiyi gəlirin yüksəlməsi tempində ləngimənin olduğundan xəbər veriblər.
Məlumata əsasən son aylar ərzində ChatGPT-nin gəliri 30% yüksəlmişdi. Sentyabr ayında bu göstərici 20%-ə endi. Bu, ChatGPT-nin ödənişli versiyası olan ChatGPT Plus-ın istifadəçi kütləsinin azalmasına işarə edir. İyun ayından avqust ayına kimi tətbiqin gəliri 2.1 milyon dollardan 3.81 milyon dollara yüksəlmişdi. Çat-botun təmiz gəliri isə 3.2 milyon dollar təşkil edib. Ümumilikdə çat-botun mobil tətbiqi 52.2 milyon dəfə yüklənilib. Ən çox yüklənmə sayı isə tətbiqin Android versiyasına aiddir.