OpenAI tərəfindən tərtibatçılar üçün keçirilmiş ilk konfrans çərçivəsində şirkətin CEO-su Sam Altman bildirdi ki, ChatGPT-nin həftəlik istifadəçi kütləsi artıq 100 milyonu keçib. Təqribi olaraq 1 il bundan öncə istifadəyə verilmiş servis 2 aydan sonra artıq aylıq 100 milyonluq aktiv istifadəçi kütləsi göstəricisinə çatmışdı. İndi isə servis bu göstəricini həftəlik sərgiləyir. Bununla yanaşı 2 milyondan çox tərtibatçı sözügedən platformanı öz müxtəlif layihələrində istifadə edirlər. Üstəlik Fortune 500 siyahısına daxil olan şirkətlərin 92%-i də bu platformanı öz layihələrində istifadə edənlər arasındadır. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti keçirilmiş konfrans çərçivəsində GPT-4 Turbo neyron şəbəkəsini və GPTs konstruktorunu təqdim edib.