"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ChatGPT kimi süni intellekt vasitələri beynimizi zəiflədir!

Yeni araşdırma ChatGPT və oxşar süni intellekt vasitələrinin istifadəçilərin tənqidi düşünmə bacarıqlarına necə təsir etdiyini ortaya çıxarıb. Beləliklə, Microsoft və Carnegie Mellon Universiteti tərəfindən aparılan araşdırma, sübut edir ki, ChatGPT kimi süni intellekt vasitələri beynimizi zəiflədir.

Araşdırma nəticəsində ortaya çıxan nəticəyə görə, ChatGPT kimi generativ süni intellekt vasitələri istifadəçilərin tənqidi düşünmə bacarıqlarını zəiflədə bilər. Araşdırmaya görə, süni intellektə həddən artıq güvənən işçilər istehsal edilən məzmunu sorğu-sual etmədən qəbul etməyə meyllidirlər. Tədqiqatın bir hissəsi olaraq, 319 işçi süni intellektdən necə istifadə etdiklərini və proses boyunca nə qədər tənqidi düşündüklərini qiymətləndirib. Nəticələrə görə, süni intellektdən daha sadə tapşırıqlar üçün istifadə edən işçilər istehsal edilən məzmunu sorğu-sual etmədən qəbul etməyə meyllidirlər. Ümumiyyətlə, bu vəziyyət tənqidi düşünmə bacarıqlarının zamanla zəifləməsinə səbəb olur.

Digər tərəfdən, dəqiqlik və diqqət tələb edən işlərdə çalışanlar süni intellektin yaratdığı məzmunu daha çox sorğulamaq və yoxlamaq ehtiyacı hiss edirlər. Xüsusilə kopirayterlik, marketinq və satış kimi sahələrdə çalışanlar vaxta qənaət etmək üçün tamamilə süni intellektə etibar edirlər. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, bu cür asılılıq uzunmüddətli perspektivdə yaradıcılığı və müxtəlifliyi azalda bilər. Digər tərəfdən, yüksək məsuliyyətli peşələrdə çalışanlar süni intellektin istehsal etdiyi məlumatları daha diqqətlə araşdırmağa və doğruluğunu şübhə altına almağa davam edirlər. Mütəxəssislər vurğulayırlar ki, süni intellekt biznes proseslərini sürətləndirə bilər, lakin istifadəçilər sorğu-sual etmədən istehsal olunan məzmunu qəbul etməməlidirlər.