ChatGPT kimi çat-botlarla özəl konfidensial məlumatların bölüşülməsi məsləhət görülmür
Oksford Universitetinin professoru Mike Wooldridge istifadəçilərə ehtiyyatlı olmağı, ChatGPT və ona bənzər digər çat-botlarla özəl konfidensial məlumatları bölüşməməyi məsləhət görüb. Professorun sözlərinə əsasən bu heç də yaxşı ideya deyil və istifadəçilərin təqdim etdikləri özəl konfidensial məlumatlar bu və ya digər çat-botun gələcək versiyalarının təlimatlandırılmalarında istifadə edilir. “Siz başa düşməlisiniz ki, çat-bota göndərdiyiniz hər bir şey çat-botun gələcək versiyasında istifadə olunacaq” - deyə professor qeyd edib.
Onun sözlərinə əsasən bu cür çat-botların çalışma prinsiplərini nəzərə alsaq, onlara göndərilmiş məlumatların geri qaytarılması qeyri-mümkündür. Bundan əlavə olaraq professor qeyd edib ki, ChatGPT texnologiyası istifadəçilərin görmək istədikləri cavabları təqdim edir. Buna görə də bu cür çat-botlardan əsaslandırılmış cavabları gözləmək lazım deyil. Bununla yanaşı süni zəka insanlara qarşı empatiya və simpatiya kimi özəlliklərə sahib deyil. Mike Wooldridge istifadəçiləri ChatGPT ilə ünsiyyət zamanı ehtiyyatlı olmağa çağırıb.