"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

ChatGPT axtarış sistemi ilə, Google-a rəqib olur!

Süni intellekt texnologiyaları ilə ixtisaslaşan OpenAI istifadəçilərə ChatGPT-ə inteqrasiya olunmuş axtarış sistemini təqdim edib. ChatGPT yeni inteqrasiya edilən axtarış sistemi ilə Google şirkətinə rəqib olaraq onun taxtından endirə bilər.

Artıq istifadəçilər veb axtarışlarını əl ilə həyata keçirmək imkanına malikdirlər. Bu gündən etibarən ödənişli abunəçilər üçün əlçatan olan bu yeni xüsusiyyət, önümüzdəki həftələrdə pulsuz abunəliklər üçün də əlçatan olacaq. ChatGPT-nin yeni axtarış sistemi istifadəçilərə real vaxt rejimində məlumat əldə etmək imkanı verir. Axtarış sorğularının nəticələri ChatGPT-nin mövcud interfeysinə inteqrasiya edilməklə təqdim olunur. Yeni axtarış mühərriki ilə birlikdə məhdud məlumat dövrü sona çatır deyə bilərik.

İstifadəçilər veb axtarışlarını əl ilə həyata keçirmək imkanına malikdirlər. Bu inteqrasiya OpenAI-nin Microsoft Copilot və Google Gemini kimi rəqibləri ilə rəqabət qabiliyyətini artırır. Belə ki, adı çəkilən bu şirkətlər uzun müddətdir ki, süni intellektlə dəstəklənən çatlarda internetə çıxış təklif edirlər. ChatGPT-nin yeni axtarış sistemi iOS, Android, macOS və Windows platformalarında əlçatan olacaq. OpenAI bu yeni xüsusiyyətdə bir sıra axtarış texnologiyalarını bir araya gətirsə də, əsas axtarış modelinin GPT-4o-nun fərdiləşdirilmiş versiyası olduğunu bildirib. Açıqlamalara görə, bu yeniləmə istifadəçilərin 2021-2023-cü illər arasında məhdud məlumatlardan faydalanmasını dayandırır. OpenAI, canlı axtarış aktiv olsa belə, istifadəçilərin ən son inkişaflara çıxışını təmin etmək üçün təlim məlumatlarını yeniləməyə davam edəcəyini vurğulayıb.