Çat-botları məhdudiyyətlərdən azad edən süni zəka sistemi yaradılıb
ChatGPT və onun böyük dil modelləri əsasında çalışan analoqları istənilən mövzu ətrafında ünsiyyət qura bilmirlər. Belə ki, həmin süni zəka sistemlərinə müəyyən məhdudiyyətlər təyin edilir. Lakin Sinqapurun Nanyanq Texnoloji Universitetinin mütəxəssisləri çat-botları bu cür məhdudiyyətlərdən azad edə bilən neyron şəbəkəsini yaradıblar. Onların yaratmış olduqları Masterkey adlı süni zəka alqoritmi böyük dil modeli əsasında qurulub.
Onun əsas məqsədi mətn formatında sorğular vasitəsilə digər neyron şəbəkələrinin məhdudiyyətlərini sındırmaqdır. Məsələn o, hər hansısa çat-botu əxlaqi prinsiplərə sahib olmayan insan kimi ünsiyyət qurmağa məcbur edə bilər. Masterkey-in yaradılmasının əsas məqsədi dələduzlar tərəfindən süni zəka sistemlərində istifadə edilə biləcək mənfi sxemlərin tapılmasıdır. Bu cür tədqiqatlar vasitəsilə çat-bot yaradıcıları öz alqoritmlərini təkmilləşdirə bilərlər.