"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Casusluq məqsədli yeni proqram təminatı aşkar edilib

Hər bir istifadəçi internetdə “rəqəmsal izlər” buraxır və həmin rəqəmsal izlər əsasında ona hədəflənmiş reklamlar sərgilənir. Reklam şəbəkələrinin özləri istifadəçilərin məlumatlarını paylaşmırlar. Lakin şirkətlər və hökumətlər bu və ya digər istifadəçini identifikasiya edərək onun internetdəki aktivliyini və hərəkətlərini izləyə bilirlər. Casusluq məqsədi daşıyan proqram təminatları bu məsələdə daha da irəli gedirlər. Belə ki, bu cür proqram təminatlarının istifadəçisi öz qurbanının cihazında zənglər, mesajlar, elektron poçt ünvanındakı məktublar da daxil olmaqla istənilən hər bir şeyi görə və cihaz üzərində idarəetməni əldə keçirə bilir. İsrailin Insanet adlı texnoloji şirkəti casusluq məqsədli proqram təminatı yaradıb.

Yaradılmış proqram təminatı Sherlock adını əldə edib. Sözügedən proqram təminatı casusluq prosesini online reklamlar vasitəsilə reallaşdırır. Belə ki, o, hədəflənmiş bəzi reklam elanlarını troyanlara (tojan) çevirir. Məlumatda qeyd edilib ki, Sherlock Windows kompüterləri, Android smartfonları, iPhone-ların sistemlərinə daxil ola bilir. Casusluq məqsədli bu yeni proqram təminatının imkanları hələ analiz edilir. Lakin artıq indidən dəqiq şəkildə məlumdur ki, Sherlock cihazların sistemlərinə daxil ola, sistemlərin monitorinqini reallaşdıra, məlumatları əldə edə və ötürə bilir. Bu cür proqram təminatından qorunma üsulu isə hələ mövcud deyil. Qeyd etmək lazımdır ki, bu, casusluq məqsədli ilk proqram təminatı deyil.

 Məsələn iPhone-ların hack edilməsi üçün nəzərdə tutulmuş Pegasus tətbiqi iOS-dəki boşluqlardan istifadə edir. Həmin boşluqlar vasitəsilə Pegasus smartfonun sisteminə daxil ola bilir. Lakin Sherlock smartfon sistemindəki boşluqlardan deyil, reklam şəbəkələrinin istifadəsi ilə seçilir. Sherlock-dan istifadə edən dələduz öz qurbanının yerləşdiyi yerə və demoqrafik məlumatlarına hədəflənmiş reklam kampaniyasını yaradır və özündə casusluq məqsədli proqram təminatını birləşdirən reklam elanını yerləşdirir. Nəzərədə tutulmuş qurban dələduz tərəfindən yerləşdirilmiş reklam elanına baxan zaman proqram təminatı artıq qurbanın cihazına avtomatik şəkildə quraşdırılır. Reklam şəbəkələri artıq uzun illərdir ki, müxtəlif növ zərərli proqram təminatlarının yayılmaları üçün istifadə edilir.