"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Cari ilin ötən dövründə muxtar respublikada elektron imza uğurla tətbiq olunub

Muxtar respublikada elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində işlər uğurla davam etdirilir. 

Elektron imzadan bütün vətəndaşlar, o cümlədən dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilirlər. Belə ki, muxtar respublikada cari ilin yanvar-sentyabr aylarında elektron imza alanların 1.43 faizini sahibkarlar, 34.28 faizini hüquqi şəxslər, 64.05 faizini dövlət qurumları və 0.24 faizini isə vətəndaşlar təşkil edib.

Elektron imza almaq istəyən şəxslər müvafiq sənədləri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim edə bilərlər. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu və elektron imzadan istifadə qaydaları barədə ətraflı məlumatları isə nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə öyrənmək mümkündür.