
Canva süni intellekt əsaslı köməkçisinin yeni versiyasını təqdim edib. “Canva AI 2.0” adlanan yenilənmə ilə istifadəçilər artıq sadəcə mətn şəklində istəklərini yazaraq tam hazır və redaktə edilə bilən dizaynlar yarada biləcəklər.
Şirkətin bildirdiyinə görə, yeni AI köməkçisi istifadəçinin verdiyi tapşırığı analiz edir, uyğun alətləri özü seçir və bir neçə fərqli dizayn variantı hazırlayır. Hazırlanan dizaynlar lay-lar (qatlar) şəklində təqdim olunur ki, bu da istifadəçilərə sonradan istənilən elementi ayrıca dəyişmək imkanı verir. Yeni sistem xüsusilə dizayn sahəsində çalışan peşəkarlar üçün nəzərdə tutulub. Məqsəd onların iş prosesini daha avtomatlaşdırılmış, sürətli və stabil etməkdir. Canva bildirir ki, artıq istifadəçilər sadəcə “mənə minimalist Instagram postu hazırla” kimi bir tapşırıq verməklə nəticə əldə edə biləcəklər.