Cənubi Koreyanın Seul şəhərində keçirilən konsertdə orkestri EveR-6 adlı android robot idarə edib.
Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanmış insanabənzər android robotun Koreya Milli Teatrında orkestrə dirijorluq etməsi dünya mədəniyyəti tarixində ilk hadisə kimi yadda qalıb.
Qeyd edək ki, robotun əvvəlcə tamaşaçılara baş əyərək, konsertdə dirijor kimi dəqiqliklə çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb.