28 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatının və tabeli qurumlarının əməkdaşları üçün “Bulud texnologiyaları və Rəqəmsal transformasiya” mövzusunda vebinar keçirilib. Təlimçi Nazirliyin əməkdaşı Mətləb Məhərrəmli tərəfindən mövzu barəsində slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Qeyd edək ki, vebinar “Sosial tədbirlər” layihəsi çərçivəsində baş tutub və layihə çərçivəsində Nazirliyin əməkdaşları tərəfindən müxtəlif aktual və müasir mövzularda vebinarlar keçirilir.