"Google Play Store"da yeni troyan aşkar edilib. Aşkar edilmiş yeni troyan öz operatorlarına distant şəkildə Android smartfon üzərində idarəni ələ keçirtməyə yardımçı olur.
Xezerxeber.az bu barədə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə istinadən məlumat verir.
Troyan öz növbəsində smartfon ekranının videosunun çəkilməsi üçün nəzərdə tutulmuş tətbiq daxilində yerləşdirilib və həmin tətbiq 10 minlərlə yüklənmə sayına sahibdir. Aşkar edilmiş yeni troyan "AhRat" adını əldə edib. O, "iRecorder-Screen Recorder" adlı tətbiq daxilində gizlədilib. Maraqlısı ondadır ki, tətbiqin özü "Google Play Store" platformasına 2021-ci ilin sentyabr ayında yerləşdirilib və həmin vaxtda onun tərkibində sözügedən troyan mövcud olmayıb.