Bu il istifadəçilərin ən çox istifadə etdikləri şifrələr məlum olub
Şifrələrin idarəsi həlləri ilə tanınan NordPass şirkəti istifadəçilərin 2023-cü ildə ən çox istifadə etdikləri şifrələrin reytinqini təqdim edib. “123456” şifrəsi yenidən reytinqin birinci pilləsində qərarlaşıb. Bu isə öz növbəsində istifadəçilərin kibertəhlükəsizlik mövzusuna necə məsuliyyətsiz yanaşdıqlarını göstərir. Keçən il reytinqin birinci yerini tutmuş “password” şifrəsi bu il yeddinci yerdə qərarlaşıb. Təqdim edilmiş reytinq istifadəçilərin sadə və etibarsız şifrələrdən istifadə etməyə davam etdiklərini göstərir. İstifadəçilər arasında ən geniş yayılmış 200 şifrənin analizi onu göstərib ki, onlardan çoxu kibercinayətkarlar tərəfindən ola biləcək sındırılma prosesinə çox həssasdırlar.
Reytinqin ilk onluğuna daxil olan “
123”, “
1234”, “
12345”, “
12345678”, “
123456789”, “
1234567890”, “
Aa123456” və “
password” kimi şifrələr kibercinayətkarlar tərəfindən saniyələr ərzində sındırıla bilər. Təbii ki, bu reytinqdə istisnalar da var. Onlardan biri də 173-cü yerdə qərarlaşmış “
theworldinyourhand” şifrəsidir. Bu şifrəni praktiki olaraq ənənəvi üsullarla sındırmaq mümkün deyil. Mümkün variantlar arasından sözügedən şifrənin fərdi şəkildə tapılmasına yüzlərlə il lazım ola bilər. Təqdim edilmiş reytinq ilə yaxından bu
sayt vasitəsilə tanış olmaq olar. Mütəxəssislərin fikirlərinə əsasən gələn il bu reytinqdə heç bir dəyişiklik olmayacaq.