"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Britaniyadakı tələblərin demək olar hamısı təhsildə süni zəkadan istifadə edir

Böyük Britaniyanın Ali Təhsil Siyasəti İnstitutu (HEPI) tərəfindən aparılmış araşdırma süni zəkanın tələbələr arasında sürətlə məşhurlaşdığını göstərib. Əgər 2024-cü ildə tələbələrin 66%-i təhsil üçün süni zəkadan istifadə edirdisə, 2025-ci ildə bu göstərici 92%-ə çatıb. Bundan əlavə, tədqiqatçılar bildiriblər ki, tələbələr yazılı imtahanlara hazırlaşarkən ChatGPT kimi alətlərdən aktiv şəkildə istifadə edirlər. Cəmi 1 il ərzində bu cür alətlərin istifadəsi 53%-dən 88%-ə yüksəlib. Tələbələr qeyd ediblər ki, süni zəkadan çətin mövzuları anlamaq, elmi məqalələri xülasələndirmək və tədqiqat layihələri üçün ideyalar yaratmaq məqsədilə istifadə edirlər.

Bununla yanaşı, hər 5 tələbədən 1-i (18%) açıq şəkildə etiraf edir ki, süni zəka tərəfindən yaradılan mətn parçalarını birbaşa öz işlərinə daxil edir. Sorğuda iştirak etmiş 1000 nəfərdən 51%-i süni zəkanın onların vaxtına qənaət etməyə kömək etdiyini, 50%-i isə onun tədris materiallarının keyfiyyətinə müsbət təsir göstərdiyini bildirib. Araşdırma maraqlı bir tendensiyanı da üzə çıxarıb. Belə ki, imkanlı ailələrdən olan tələbələr süni zəkadan daha çox istifadə edirlər, nəinki daha az təminatlı həmyaşıdları.

Tələbələrin süni zəkadan istifadəyə qarşı çıxmasının əsas səbəbləri isə akademik fırıldaqçılıqda ittiham olunmaq qorxusu və süni zəka nəticələrinin qeyri-dəqiqliyi (hallüsinasiyalar) olub. Araşdırmanın müəllifi Josh Freeman-ın fikrincə, tələbələrin akademik davranışındakı bu sürətli dəyişikliklər universitetlərin təcili tədbirlər görməsini tələb edir. O hesab edir ki, universitetlər qiymətləndirmə sistemini yenidən nəzərdən keçirməlidirlər. Bu, süni zəkanın tapşırıqları asanlıqla həll etməsinə yol verməməli, eyni zamanda süni zəkanın tələbələr arasında geniş yayılmasını və aktiv istifadəsini nəzərə almalıdır.