"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Brauzerlərin qlobal statistikası təqdim edilib

Statcounter adlı servis stolüstü kompüterlər üzrə brauzerlərin qlobal statistikasını təqdim edib. Təqdim edilmiş statistika istifadəçilər arasında hansı brauzerin daha çox məşhur olduğunu sərgiləyir. Daha əvvəllər də olduğu kimi statistikanın lideri dəyişilməz olaraq qalır. Belə ki, birinci yerdə Google Chrome brauzeri qərarlaşıb. İyul ayına olan statistikaya əsasən o, brauzerlər bazarının 63.33%-nə sahibdir. İkinci yeri 13.13% göstərici ilə Apple Safari, üçüncü yeri 10.76% göstərici ilə Microsoft Edge, dördüncü yeri 5.96% göstərici ilə Mozilla Firefox, altıncı yeri isə 4.48% göstərici ilə Opera tutub. Məlumatda həmçinin qeyd edilib ki, iyul ayında Microsoft Edge statistikada qalxa bilməyib. Lakin Google Chrome bazarın əlavə 3%-ni özünə tərəf çəkə bilib.