"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib

Orkney adaları Böyük Britaniyada poçtu dronla çatdıran ilk yer oldu.

Bu əməliyyat “Royal Mail” və “Skyports” dron xidməti tərəfindən həyata keçirilib. “Royal Mail” adalar arasında məktub və bağlamaları paylamaq üçün limanları dayanacaq məntəqələri olaraq təyin edib.

İlkin sınaqlar zamanı Şotlandiya məktəbləri üçün yemək, Mull xəstəxanasına tibbi maskaların çatdırılması uğurla başa çatıb. Sözügedən xidmətin ilkin olaraq üç aylıq fəaliyyəti maliyyələşdirilsə də, “Royal Mail” tələbat yaranarsa, fəaliyyət müddətini artıracaqlarını bildirib. Gələcəkdə dron xidməti səviyyəsinin də əhəmiyyətli dərəcədə yaxşılaşdırılacağı gözlənilir. Poçt işçilərinin texniki təhlükəsizliyini təmin etmək üçün qurğuların mexanizmlərində dəyişiklik aparılacaq.