"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Birinci rüb ərzində Şərur rayonunda 171 abonent genişzolaqlı internetlə təmin edilib

Birinci rüb ərzində Şərur rayonunda 171 abonent genişzolaqlı internetlə təmin edilib

 

Şərur rayonunda əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin    göstərilməsi 2023-cü ilin ilk rübündə də uğurla davam etdirilib.

Cari ilin müvafiq dövrü ərzində rayonun Mahmudkənd, Dərəkənd, Tənənəm, Danyeri, Axaməd, Gümüşlü, Xanlıqlar, Düdəngə, Çərçiboğan, Siyaqut, Sərxanlı, Kürkəndi və Qarxun kəndlərində xətt təsərrüfatında təmir işləri aparılıb. Yararsız vəziyyətə düşən taxta rabitə dirəkləri, metal dirəklərlə əvəz olunub, zədələnmiş kabellər yeni kabellərlə əvəzlənib, rabitə xətləri normativə uyğunlaşdırılıb. Eyni zamanda, həmin ərazidə yeni stasionar telefon xətlərinin çəkilişi məqsədilə yeni kabellər çəkilməklə montaj tutumları artırılıb. İstismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilib,  abunə qutuları və paylayıcı şkaflarda zəruri texniki tədbirlər görülüb. Ötən 3 ay ərzində 69 abonent sabit şəbəkə telefon xətti ilə, 171 yeni istifadəçi isə ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.