Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 20 noyabr saat 23:55-dən 21 noyabr saat 03:00-dək Şahbuz rayonunda və 21 noyabr saat 23:55-dən 22 noyabr saat 03:00-dək isə Sədərək rayonunda təxirəsalınmaz və texnoloji infrastrukturda profilaktik təmir bərpa işləri həyata keçirəcək.
Təxirəsalınmaz işlər görülən müddətdə adıçəkilən rayonlar üzrə internet və rabitə xidmətlərinin verilişində qısamüddətli fasilələr yarana bilər.
Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet və rabitə xidmətlərinin fəaliyyəti tam bərpa ediləcəkdir.