Alimlər sön dövrlərdə insan beyninin ətraflı araşdırmasını aparmaq üçün işə qoyulublar. İndi isə məhz beyin xəritəsini yaratmaq üçün saç telindən belə 5 qat daha nazik simsiz sensor hazırlanıb. Beləliklə tədqiqatçılar dərin beyin fəaliyyətini qeyd etmək və analiz etmək üçün insan beyninin 10 sm-ə qədər dərinliyinə nüfuz edən bu sensoru artıq istifadə etməyə hazırlaşır. Maraqlısı budur ki, çox nazik olan bu sensor həm də yüksək keyfiyyətli qeydlər aparmağa da imkan verir.
Kaliforniya şəhərindəki, San Diego universitetinin Elektronika və Biointerfeyslər Laboratoriyası dərin beyin fəaliyyətininin klink araşdırması üçün yeni sonsor hazırlayıb. Belə ki, tədqiqatçılar beyin xəritəsini yaratmaq üçün insan beyninin 10 sm-ə qədər dərinliyinə nüfuz edən yeni nazik simsiz sensor ilə gündəm mövzusu olub. Yeni sensor klinik dərəcəli materiallardan hazırlanmış ultra nazik, çevik və fərdiləşdirilə biləndir. Yeni sensor indiyə qədər beynin heç görünməmiş dərinliklərini də araşdırmağa imkan verəcək.
Yeni hazırlanmış sensoru qalınlığı sadəcə 15 mikrondur. Bu isə insan saçından təxminən 5 dəfə daha nazik hesab olunur. Bu texnologiyanın təsiri epilepsiyadan kənara çıxaraq Parkinson xəstəliyi, hərəkət pozğunluğu, obsesif-kompulsiv pozğunluq, piylənmə, müalicəyə davamlı depressiya, yüksək təsirli xroniki ağrı və bir sıra digər xəstəliklər üçün tətbiqlərə qədər uzana bilər. Tədqiqatçılar indi bu sensoru daha da inkişaf etdirmək niyyətindədirlər.