"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

BƏƏ-də bütün uşaqlar süni zəka ilə bağlı tədrisə başlayacaqlar

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2025-ci ildən etibarən süni zəkanı məktəbəqədər və məktəb təhsil proqramına daxil etməyi planlaşdırır və bununla da regionda uşaqları erkən yaşdan süni zəka ilə işləməyə öyrədən ilk ölkələrdən biri olacaq. Hakimiyyət orqanları eyni zamanda süni zəka infrastrukturuna da aktiv şəkildə investisiya yatırır və ümid edir ki, yeni nəsil mütəxəssislər ölkənin qlobal arenadakı mövqeyini möhkəmləndirəcəklər. 2025-2026-cı tədris ilindən başlayaraq BƏƏ-nin dövlət məktəblərində süni zəka üzrə kurs bütün yaş qrupları üçün - uşaq bağçalarından tutmuş sonuncu siniflərə qədər - təqdim olunacaq. Bloomberg-in məlumatına görə, proqram həm texniki aspektləri, həm də texnologiyanın praktiki tətbiqlərini əhatə edir.
Beləliklə, Əmirliklər təhsil sistemində süni zəkanı fəal şəkildə tətbiq edən ölkələrin artan sırasına qoşulacaq. 1 ay əvvəl Çin də ibtidai və orta məktəb şagirdləri üçün oxşar təşəbbüs elan etmişdi. Ölkə artıq süni zəka modellərinin təlimi üçün məlumat mərkəzlərinə milyardlarla dollar investisiya qoyub və yaxın illərdə 100 milyard dollara qədər böyüyə biləcək xüsusi bir fond yaradıb. OpenAI-nin rəhbəri Sam Altman isə bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri süni zəka texnologiyalarının sınaqdan keçirilməsi üçün “tənzimləyici qum qutusu” rolunu oynaya bilər və sonradan onların istifadəsi üzrə qlobal standartları müəyyən edə bilər. Beynəlxalq arenada da Əmirliklərin texnoloji potensialına maraq artır.
Mətbuata görə, ABŞ NVIDIA şirkətinin BƏƏ-yə çip tədarükünə qoyduğu məhdudiyyətləri yumşaltmaq imkanını nəzərdən keçirir. Bu isə yerli süni zəka sənayesinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə və ölkənin regiondakı mövqeyini gücləndirə bilər. Qərarın, prezident Donald Trump-ın may ayının ortalarında baş tutacaq səfərindən əvvəl qəbul ediləcəyi gözlənilir. Trump-ın səfəri zamanı BƏƏ-də dayanaraq Səudiyyə Ərəbistanı və Qətərə getməsi planlaşdırılır. Daha geniş strateji əməkdaşlıq çərçivəsində BƏƏ bundan əvvəl ABŞ-da energetika, yarımkeçiricilər, süni zəka infrastrukturu və istehsal sahələrinə növbəti 10 ildə 1.4 trilyon dollara qədər investisiya yatırmağı planlaşdırdığını açıqlayıb. Məktəb təhsilinə süni zəkanın inteqrasiyası da bu geniş strategiyanın əsas elementlərindən biri olacaq.