"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini
inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında
irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"
Heydər Əliyev
"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının,
ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün
rabitə indi çox mühüm bir vasitədir"
Heydər Əliyev
"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon
rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac
və tələbatına daha çox fikir verməkdən ibarətdir"
Heydər Əliyev
"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan
işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"
Heydər Əliyev
"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir
vasitədir"
Heydər Əliyev
Bakıda regionun ilk Kiberdiplomatiya üzrə beynəlxalq konfransı keçirilir
Bakıda regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini-nazir vəzifəsini icra edən Rahid Ələkbərli 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında iştirak edir. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə həyata keçirilir. Konfransın məruzəçiləri, iştirakçıları yerli və xarici qonaqlardır. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər.