"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

“Bakcell” 5G texnologiyasını istifadəyə verib

“Bakcell” 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif ərazilərində - Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı) və “Dəniz Mall” ərazisində mövcuddur.

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G texnologiyasını “Huawei”, “Xiaomi”, “OnePlus”, “Poco” və “Vivo” smartfonlarının sahibləri istifadə edə bilər.

“Bakcell” 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmalıdırlar. Əgər abunəçinin cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına 5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində 5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.

Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək mümkündür.

“Bakcell” Azərbaycanda “eSIM” və “VoLTE” texnologiyalarını tətbiq edən ilk mobil operatordur. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınır.