Babək rayonunda vətəndaşların müraciətləri dinlənilib
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 02 fevral 2024-cü il tarixdə Babək rayonunda vətəndaşları qəbul edib.
Rayonda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılıb.