"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azərbaycanın ən populyar brauzerləri və sosial şəbəkələri açıqlanıb – “StatCounter” hesabatı

Azərbaycanda 2025-ci ilin noyabr ayında ən populyar brauzer 81,26 faiz payla “Chrome” olub, onun ardınca 7,25 faizlə “Safari” və 2,37 faizlə “Opera” gəlir. Daha sonra “Samsung Internet” (2,34 faiz), “Edge” (2,1 faiz) və “Yandex Browser” (1,35 faiz) gəlir. Bütün platformalar üzrə (stolüstü və mobil cihazlar) statistika “Chrome”un böyük fərqlə lider olduğunu göstərir.

“StatCounter Global Stats” agentliyinin məlumatına görə, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ən populyar sosial şəbəkə “Instagram” olub. Onun ardınca “YouTube” və “Facebook” gəlir, daha sonra isə digər məşhur platformalar yerləşir.

“StatCounter”in məlumatına görə, bu ilin noyabr ayında Azərbaycandakı sosial media platformalarının ümumi seqmentində (kompüterlər, mobil cihazlar və planşetlər) “Instagram”ın payı 48,74 faiz təşkil edib (oktyabrda – 35,77 faiz). İkinci yerdə qərarlaşan “YouTube”un bazar payı 31,04 faiz olub. Növbəti yerdə qərarlaşan “Facebook”un bazar payı 10,68 faiz təşkil edib. Dördüncü yerdə olan “X”in bazar payı isə 4,46 faiz olub. Beləliklə, onun bazar payı bir ay ərzində 77 faiz azalıb. Beşliyi 5,7 faiz bazar payı ilə “Pinterest” tamamlayır.