"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "İnstagram" olub.

Bu dövrdə "İnstagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 36,04% təşkil edib. Bu isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi və illik müqayisədə 1,13 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 25,82% payla "Facebook" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 9,79 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 16,14% payla "Pinterest" olub. Bu, aprel ayı ilə müqayisədə 0,77 faiz bəndi, illik müqayisədə 3,85 faiz bəndi azdır.

Ötən ay "YouTube" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 3,41 faiz bəndi, illik 0,1 faiz bəndi artaraq 13,38%-a çatıb. Dövr ərzində "YouTube" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.

Ötən ay "X" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,61 faiz bəndi, illik 1,81 faiz bəndi azaldaraq 5,05%-lə beşinci yerdə dayanıb.

İstifadəçi sayına görə, altıncı yeri 1,91% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,31 faiz bəndi, illik 0,49 faiz bəndi artırıb.

Yanvar ayında "Linkedin" sosial şəbəkəsi 0,91% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkə ölkədəki bazar payını aylıq 0,14%, illik 0,32% azaldıb.