"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azərbaycanda kosmosa dair ilkin informasiyaların göstəriciləri təsdiq ediləcək

Prezidentin İlham Əliyev bu gün təsdiq etdiyi “Kosmik fəaliyyət haqqında” qanunla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) üzərinə yeni öhdəlik qoyulub.

Nazirlik xarici kosmik obyektdən Azərbaycanda birbaşa yer stansiyası vasitəsilə qəbulu milli kosmik operator tərəfindən həyata keçirilən ilkin informasiyaların göstəricilərini Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırmaqla 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Nazirlər Kabineti isə 3 ay müddətində qanunların və prezidentinin aktlarının “Kosmik fəaliyyət haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli, RİNN yanında Kosmik Agentliyin ("Azərkosmos") fəaliyyət istiqamətləri üzrə müvafiq işlər görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, kosmik fəaliyyət subyektlərinin kosmik obyektlərin dövlət reyestrində qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə nəzarət qaydasını təsdiq edib dövlət başçısına məlumat verməlidir.