"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azərbaycanda bulud texnologiyaları sahəsində trendlər mövzusunda tədbir keçiriləcək

Oktyabrın 7-də Bakıda “Azərbaycanda bulud texnologiyaları sahəsində trendlər” mövzusunda tədbir keçiriləcək.

Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, “Sabah.Hub” və “Elcore” şirkətinin sponsorluğu ilə “Startup Grind Baku” tərəfindən təşkil olunacaq.

Azərbaycanda bulud texnologiyalarının inkişafı, özündə informasiya texnologiyalarının genişlənməsi və modernləşdirilməsini nəzərdə tutan dövlət proqramları və strateji yanaşmaların bir nəticəsidir. Bu, şirkətlərə və təşkilatlara qurumlararası əməkdaşlıq və texnologiya təminatını artırmağa imkan verir. Bulud texnologiyaları, infrastrukturun və proqramların təminatını artıraraq və istifadəçilərə çoxsaylı mobil və digər cihazlar üzərindən giriş imkanı verərək, iş proseslərini sürətləndirir və əlaqələri gücləndirir.

Mövzunun müzakirəsini “Elcore” şirkətinin biznesin inkişafı üzrə meneceri Ramiz Aliyev, “Ericsson” şirkətinin bulud dəstəyi və inteqrasiya üzrə mühəndisi Malik Mammadli və “AzIntelekom” şirkətinin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev həyata keçirəcəklər. Panel sessiyasında kloud texnologiyalarında olan ən son trendlər barədə məlumat veriləcək, həmçinin iştirakçıların sualları cavablandırılacaq.