"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir

Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı mövzusunda konfrans keçirilir.

Konfransda Azərbaycanın Baş prokuror Kamran Əliyev, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Ali Məhkəməsinin sədri, Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, muxtar respublikanın Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və Ali Məhkəməsinin sədri, prokurorluq əməkdaşları və digər rəsmi şəxslər iştirak edirlər.