"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Avtobus sürücüləri üçün maarifləndirici görüş keçirilib

Muxtar respublikada sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.

Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Dövlət Nəqliyyat Xidməti Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə bir qrup avtobus sürücüsü üçün maarifləndirici görüş keçirib.

Maarifləndirici görüş zamanı Dövlət Nəqliyyat Xidmətinin əməkdaşı Əsgər Əhmədov və Daxili İşlər Nazirliyinin əməkdaşı Ayaz İsmayılov  avtobus sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, ictimai nəqliyyatda tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyin, eləcə də nəzakətli olmağın, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar veriblər.

 Keçirilən təlim və maarifləndirici görüşlər sərnişin daşınma qaydalarına, sərnişinlərin təhlükəsiz daşınmalarına, habelə həmin daşımalar zamanı yol hərəkəti qaydalarına riayət olunmasında xüsusi əhəmiyyətə malik olacaqdır.