"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Avropa SpaceX-ə rəqib olacaq kosmik şirkət yaratmağa hazırlaşır!

Belə ki, Avropanın aparıcı aviasiya və kosmos şirkətlərinin Airbus başda olmaqla qüvvələrini birləşdirəcəyi böyük ittifaqdan söhbət gedir. Bu şirkət raket inkişafı, peyk istehsalı, buraxılış xidmətləri və kosmik nəqliyyat kimi sahələrdə SpaceX ilə rəqabət aparmağa çalışacaq.

Goldman Sachs Group Inc. şirkətinin məsələ ilə bağlı məsləhət almaq üçün Airbus-a müraciət etdiyi və hətta razılıq əldə olunduğu bildirilir. Fransız aviasiya nəhəngi Thales və İtalyan konqlomeratı Leonardo S.p.A. kimi böyük adların yer aldığı layihə hələ ilkin mərhələdədir və tərəflər hazırda danışıqlar aparır. Qeyd edək ki, danışıqlar hələ yekunlaşmayıb və investorların axtarışı davam edir. Airbus-un rəhbərliyi ilə qurulması planlaşdırılan bu nəhəng şirkət Avropanın kosmik sektoruna maliyyə dəstəyi verə bilər. Bununla belə, layihənin uğurlu olub-olmayacağı ilə bağlı şübhələr var. Mütəxəssislər hesab edirlər ki, inhisarçı mövqeyə malik meqa şirkət tez bir zamanda rəqabət qabiliyyətini itirəcək və xarici aviasiya şirkətlərinə çatmaqda çətinlik çəkəcək.

Belə böyük təşkilatlarda həddindən artıq bürokratiya, iyerarxik strukturlar, ünsiyyət problemləri və yavaş qərar vermə prosesləri kimi problemlər yarana bilər. Nəticədə belə bir ittifaqla Avropanın SpaceX kimi sürətlə hərəkət edən və daim yeniliklər edən şirkətlərlə rəqabət aparmasının çətin olacağı vurğulanır. Rəqəmlərə nəzər saldıqda Avropanın kosmos yarışında geridə qaldığını görürük. 2024-cü ilə qədər SpaceX 134, Çin 68, Rusiya isə 17 buraxılış həyata keçirib. Avropa Kosmik Agentliyi cəmi 3 missiya yerinə yetirə bilib. Bütün bu mənzərə göstərir ki, Avropa kosmos yarışında geri qalır və bu boşluğu aradan qaldırmaq üçün mühüm addımlar atmalıdır.