"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Artıq Android cihazlarda ChatGPT standart köməkçi ola bilir!

ChatGPT-nin beta yeniləməsi ilə artıq Android cihazlarda standart köməkçi olaraq ChatGPT seçmək mümkün olacaq. Beləliklə, indiyə qədər Android smartfon və digər cihazlarda standart olaraq gələn Gemini ChatGPT-nin kölgəsi altına keçəcək.

Android Authority tərəfindən bildirilən yeni məlumata görə, ChatGPT indi ChatGPT 1.2025.070 versiyası olan Android telefonlarında standart köməkçini təyin edərkən görünür. Bu isə o deməkdir ki, istifadəçilər güc düyməsini uzun basmaqla və ya ekranın küncündən yuxarı sürüşdürməklə birbaşa ChatGPT-yə müraciət edə bilərlər.

Android-də Gemini və Perplexity kimi bir neçə AI köməkçisi artıq bu xüsusiyyətə malikdir, lakin indiyə qədər ChatGPT-ni standart olaraq seçmək mümkün deyildi.İlk həyata keçirilən sınaqlardan gələn rəylər onu göstərir ki, ChatGPT defolt köməkçi olaraq seçildikdə tam stabil çalışmır. Lakin, bu beta versiyası daha stabil versiyaya gələnə qədər bu cür səhvlərin düzəldilməsi gözləniləndir. ChatGPT artıq sadəcə tətbiq və saytlarda deyil, birbaşa smartfonunuzda sizin yanınızda olacaq və bütün suallarınızı cavablandıracaq. Yuxarıdakı şəkildə gördüyünüz kimi artıq ChatGPT, Google Gemini və Perplexity kimi bir sıra süni intellekt köməkçilərini standart olaraq təyin etmək mümkündür. Bu yenilik həmçinin Google və OpenAI arasında olan süni intellekt rəqabətinə də müsbət təsir edə bilər.