"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Arm şirkəti öz fərdi prosessorlarını hazırlayacaq

Arm şirkəti prosessorlar bazarındakı mövqelərini genişləndirməyə hədəflənib. Qeyd etmək lazımdır ki, Arm kənar şirkətlərə prosessor nüvələrini təqdim edir. Həmin şirkətlər isə Arm-in nüvələri əsasında öz prosessorlarını hazırlayırlar. Lakin məlum olub ki, Arm də fərdi prosessorların istehsalı ilə məşğul olacaq. Şirkət öz prosessorlarını hazır məhsul kimi satacaq.

"Konkret istifadə halları üçün optimizasiya edilmiş prosessor həllərini təqdim etməklə biz, bütün sistemin səhvsiz çalışmasına və maksimal performansı təmin etməsinə zəmanət verə bilərik. Eyni zamanda nüvələrin əvəzinə prosessorlar hazırlamaqla biz, bizim müştərilərimiz üçün ola biləcək risklərə investisiyaları kəskin şəkildə azaltmış oluruq. Üstəlik bu halda biz daha çox gəlir əldə edirik" - deyə Arm qeyd edib.

Şirkət özünün fərdi prosessor istehsalı mövzusunda ətraflı məlumat verməyib. Sadəcə güman etmək olar ki, şirkətin prosessorları geniş tətbiq sahəsinə sahib olacaqlar. Bəzi insayderlərin fikirlərinə əsasən Arm-in bu cür qərarı kənar istehsalçıları artıq nüvələr üçün deyil, hazır prosessorlar üçün lisenziyaların əldə edilməsinə məcbur edəcək. Bu isə öz növbəsində istehsalçılara daha baha başa gələcək.