"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Araşdırmaya görə, müxtəlif ekranlar qarşısında keçirdiyiniz vaxt ömrünüzü illərlə qısaldır!

Yeni bir araşdırma, gənc yaşda smartfon, kompüter və televizordan istifadənin 60 yaşa qədər yaşamaq şansınızı azalda biləcəyi ortaya çıxarılıb. Tədqiqatçılar 30 il ərzində 4000-dən çox gəncin sağlamlığını izləyiblər və aşkar ediblər ki, 20-li yaşlarının əvvəllərində ekran qarşısında çox vaxt keçirənlərin ürək xəstəliyi, o cümlədən ürək tutması və insult keçirməsi riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Həmçinin qeyd olunub ki, ekran qarşısında uzun müddət sərf olunan vaxt ürək-damar xəstəliklərinin qarşısının alınmasında xüsusilə vacib olan yuxu və məşq kimi vacib işləri əvəz edə bilər. Tədqiqat onilliklər ərzində minlərlə yetişkin insanda ürək-damar xəstəliklərini izləyən CARDlA proqramının uzunmüddətli təqibindən əldə edilən məlumatlara əsaslanır. Araşdırma 23 yaşından sonra televizora baxılan hər saat ürək-damar xəstəlikləri riskini 26%, infarkt və insult riskini isə 16% artırdığını ortaya qoyub.

Ekran qarşısında vaxt keçirməyin təhlükəsi təkcə gənclərə aid deyil. Təhlillər göstərir ki, orta yaşda gündəlik televiziya izləmə vaxtına əlavə edilən hər saat ürək xəstəlikləri riskini 55%, insult riskini 58% və ümumi ürək-damar xəstəliklərinə tutulma ehtimalını 32% artırır. Tədqiqat müəllifləri gənc yaşda qazanılan vərdişlərin sonrakı yaşlarda həyat tərzini müəyyən edə biləcəyini də vurğulayırlar. Bəs siz gün ərzində ekran qarşısında nə qədər vaxt sərf edirsiniz?