"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Apple bütün cihaz və aksesuarlarında Lightning girişi ilə vidalaşacaq

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple özünün Lightning girişindən bütün cihazlarda vidalaşmaq və onu USB-C ilə əvəz etmək niyyətindədir. Bununla belə şirkətin bəzi məhsullarında bunun reallaşdırılmasını bir qədər gözləmək lazım gələcək. Keçən həftə təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan bütün modellər USB-C-yə keçid etdilər. Eyni zamanda şirkət USB-C dəstəkli şarj keysinə sahib AirPods Pro 2-ni də təqdim etdi. Buna baxmayaraq şirkətin portfoliosunda Lightning girişinə hələ də sahib olan cihazlar və aksesuarlar mövcuddur.

Gurman bildirib ki, M3 prosessoruna sahib olacaq yenilənmiş iMac modeli USB-C girişinə sahib Magic Mouse, Magic Trackpad və Magic Keyboard ilə təklif ediləcək. Bununla yanaşı gələn il USB-C dəstəkli AirPods 4-ü gözləmək olar. Eyni dəyişiklik həmçinin AirPods Max qulaqlığını da gözləyir. Lakin Gurman AirPods Max 2-nin nə zaman təqdim olunacağını bilmir. İnsayder əmindir ki, şirkət MagSafe Battery Pack adlı xarici batareyanın və MagSafe Duo Charger adlı şarj adapterinin satışlarını bərpa edəcək. Çünki onlar da USB-C dəstəyinə sahib olacaqlar. Beləliklə Apple şirkətinin bütün cihazlarında və aksesuarlarında Lightning girişi əvəzinə USB-C istifadə ediləcək.